Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində keçirləcək “Xarıbülbül” musiqi festivalında iştirak edəcəklər.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında aşağıdakıları yazıb:
"Əziz bacılar və qardaşlar!
Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram”. **