Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günüŞuşada yeni məscidin təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məscidin təməlqoyma mərasimində çıxışı zamanı Əliyev qeyd edib ki, nəzərə alsaq ki,Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb.
“Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib”, - dövlət başçısı bildirib.
“Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq”, - Əliyev deyib. **
B.Rüstəmbəyov