Azərbaycanda koronavirus infeksiyasına 558 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 328,159 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 514 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 726 nəfərə çatıb.
Virusa yoluxmuş 309,771 min nəfər (sutka ərzində +1454) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 662 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 155 (ötən gün 8081 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 353,167 min test aparılıb.**
B.Rüstəmbəyov