Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan və Ermənistanın insan huquqlarının pozulması ilə bağlı biri-birinə qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib. Bu barədə AİHM-nin saytında məlumat verilir.
"Avropa İnsan Haqları Məhkəməsinin palatasına daxil olan “Azərbaycan Ermənistana qarşı” və “Ermənistan Azərbaycana qarşı” dövlətlərarası şikayətlər Məhkəmənin Böyük palatasının yurisdiksiyasına qəbul olunub", - məlumatda deyilir.
Şikayətlər əsasən 2020-ci ilin payızında Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlara aiddir və müxtəlif konvensiyaların geniş yayılmış pozuntularına dair iddiaları özündə ehtiva edir.
“Əlavə olaraq, Azərbaycan bəyan edir ki, Ermənistan 1992-ci ildən etibarən bir sıra konvensiyaların pozulmasına görə məsuliyyət daşıyır. Bura yüzlərlə azərbaycanlının köçürürlməsi; (Birinci Qarabağ müharibəsi dövründə - İF) azərbaycanlılara qarşı kobud davranış və itkin düşmüş azərbaycanlılar barədə məlumatın olmaması; (Qarabağda Azərbaycan xalqının) mədəni və dini sərvətlərin məhv edilməsi”, - məlumatda vurğulanır.
Böyük palata məhkəmənin prezidenti, vitse-prezidentləri, seksiyaların prezidentləri, o cümlədən, püşkatma yolu ilə seçilən xalq hakimi və hakimlərdən ibarətdir. **
A.Əzizov