Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə telefon danışığı baş tutub.
“Azərbaycandan olan həmkarım Ceyhun Bayramovla danışdım. Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti müzakirə etdik”, - Linde özünün Twitter hesabında yazıb.
Linde əlavə edib ki, şəxsən özü və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyəti diqqətlə izləyirlər.
“Bayramov və Linde Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN-in məlumatında vurğulanır.
Bundan başqa, tərəflər Qarabağa dair üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulayıblar. **
N.Abbasova