Azərbaycanda koronavirus infeksiyasına 326 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 328,994 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 509 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 754 nəfərə çatıb.
Virusa yoluxmuş 312,46 min nəfər (sutka ərzində +1262) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 11 780 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 494 (ötən gün 7733 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 368,394 min test aparılıb.*
Ə.Məmmədov