Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
“Biz sərhəd məntəqələrini dəqiqləşdirməyə hazırıq. Sərhədin haradan geçdiyini, kimin harada dayana biləcəyini dəqiqləşdirmək lazımdır”, - deyə Paşinyan parlamentin növbədənkənar iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi sərhədin hər iki tərəfində yalnız sərhəd qoşunlarının yerləşdirilməsini düzgün hesab edir.
“Silahlı Qüvvələrin bölmələri daimi dislokasiya yerlərinə köçürülməlidir. Biz bu cür həllə hazırıq. Əgər hər iki tərəfində yalnız sərhəd qoşunlarının dayanacağı sərhəd olacaqsa, bu, tamamilə başqa hərbi-siyasi vəziyyət olacaq”, - deyə Paşinyan qeyd edib.*