Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva şənbə günü Qəbələ rayonuna səfərə gəliblər.
Dövlət başçısının saytındakı məlumata görə, Əliyev Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak edib.
Bundan başqa, prezident Bum-Tikanlı-Abrıx avtomobil yolunun Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlət başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verildi.
O cümlədən, İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar. **
X.Nəsirzadə