Azərbaycanda koronavirus infeksiyasına 377 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 329,371 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 326 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 768 nəfərə çatıb.
Virusa yoluxmuş 313,778 min nəfər (sutka ərzində +1318) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 825 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 285 (ötən gün 7 494 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 375,679 min test aparılıb.**
X.Nəsirzadə