Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginlik siyasi yolla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsi olmadan həll olunmalıdır.
“Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinin heç bir əsası yoxdur və bu, Ermənistan rəhbər dairələri tərəfindən məsələni siyasiləşdirmək cəhdindən başqa bir şey deyil”, - Bayramov tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı zamanı bildirib.
Bayramov qeyd edib ki, bu məsələ ilə bağlı bundan öncə də bəzi narazılıqlar olub, lakin onlar üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edilib.
Nazir bildirib ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri həyata keçirir.
Bayramov əlavə edib ki, sərhəddəki son gərginliklə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə ezam edilib və qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılıb. **
X.Nəsirzadə