Cari həftə bir sıra KİV Qarabağda rusiyalı sülhməramlılarının komandanının əvəzlənməsi barədə məlumat verib – general Rüstəm Muradovun əvəzinə bu vəzifəni general Andrey Avdeyev tutacaq, hansı ki, mayın sonunda vəzifəsinin icrasına başlayacaq.
“İnterfaks-Azərbaycan” agentliyi tanınmış rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsovu bu hadisəni şərh etməyi xahiş edib.
“Bu rokirovka barədə söz açarkən bir hadisəyə diqqət yetirməliyəm: əgər bu iki generalın tərcümeyi-halına diqqətlə nəzər yetirsək, o zaman görərik ki, Muradov – hərbi xidmətçi və hərbi generaldır, Avdeyev isə - karyerası boyu komandan vəzifələrində yüksək və ali zabit rütbəsində bir dəfə belə olmayan ştab zabitidir. Aydındır ki, hərbi əmliyyatlar iştirakçısı statusuna 2014-cu ildə Rusiya-Ukrayna hadisələri zamanı RF SQ Cənub hərbi dairəsi qərargahının rəisi kimi yiyələnib. Lakin həmin dövrdə Rusiyada bu status minlərlə hərbi qulluqçuya verilib və general Avdeyevin bu statusa yiyələnməsi heç nə demək deyil. Hərbi xidmətçinin ştab zabiti ilə əvəzlənməsi isə diqqətəlayiq məsələdir”, - Kuznetsov vurğulayıb.
Onun sözlərinə görə, general Muradov öz səlahiyyətləri çərçivəsində Qarabağda rusiyalı sülhməramlı kontingentin yerləəşdirilməsi ilə bağlı əsas vəzifələrini həll edib. Onun rəhbərliyi altında sülhməramlıların məsuliyyət zonalarının sərhədləri müəyyən olunub, yer nəzərə alınmaqla postların yerləşdirilməsi üçün əlverişli mövqelər seçilib, silahlı təxribatlar halında daxili və xarici əlaqələr sxemi hazırlanıb, hərbçilərin xidməti-döyüş fəaliyyəti yerlərinin infrastrukturu, mənzil tutduqları yerlər, əlaqə yolları inşa olunub, rabitə və xəbərdarlıq sistemi təchiz edilib, istənilən hərbçiyə yaxşı məlum olan tədbirlər kompleksi yerinə yetirilib. Başqa sözlə desək, onun rəhbərliyi altında Qarabağda rusiyalı sülhməramlılar sıx məskunlaşıblar, lazım olan yerdə, torpaq altında gizləniblər, bununla da 2020-ci il 10 noyabr tarixli Qarabağa dair üçtərəfli sazişin onlara aid bəndinin icrası üçün zəruri maddi-texniki baza hazırlayıblar. Həm də bütün bunlar qəsdən göstəriş üçün deyil, sakit, savadlı şəkildə və peşəkarcasına yerinə yetirilib ki, nə Azərbaycan, nə də Ermənistan cəmiyyətində xüsusi ajiotaj yaratmayıb.
“Həmçinin, daha bir detala diqqət çəkmək istərdim: general Muradovun ünvanına həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti tərəfindən kifayət qədər qınaq səslənib, rəsmi xətt ilə narazılıqlar olub. Beləliklə, onun şəxsiyyətinə münasibət daha çox neytral-mənfi olub, nəinki neytral-müsbət. Eyni zamanda, rusiyalı sülhməramlı kontingentin daxilində sülhməramlıların məsuliyyət zonasına daxil olan erməni əhalisinə humanitar yardımın tədarükünün qəsdən şişirdilmiş həcmi ilə bağlı qalmaqallar meydana gəlib. Rusiya Hərbi Prokurorluğunun erməni əhalisi ilə təmaslarda rusiyalı sülhməramlılarının mənəvi vəziyyəti ilə bağlı narazılıqları var idi. Hətta bir nəfəri Ulyanovskda sülhməramlı briqadanın daimi dislokasiya yerinə göndərmək məcburiyyəti yaranıb. Həmin şəxsin guya narkotrafikə aidiyyəti olmasına dair şayiələri şərh etməyəcəyəm, səlahiyyətli orqanlar qəti sözlərini deməyənə qədər bu barədə danışmaq əsassızdır. Lakin istənilən halda bu generalın ətrafında vəziyyət əsəbi-pis idi. Beləliklə, general Muradovla bağlı həm xarici, həm də daxili narazılıqlar var idi, bu səbəbdən, düşünürəm ki, onu dəyişməyi qərara alıblar ki, nail olduğu yaxşı nailiyyətləri sonradan heçə sayılmasın. Bir sözlə desək, o, dəfələrlə suriyalıları etdiyi kimi, erməniləri aldada bilmədi. Onun gələcəkdə xidməti karyerasının necə inkişaf edəcəyi barədə bu yaxınlarda xəbərdar olacağıq, Rusiyanın hərbisiyasi rəhbərliyinin onun üzərinə qoyduğu ümidləri doğruldub ya yox, axı bizdən heç kəs öncədən onun qarşısında hansı vəzifələrin qoyulması barədə məlumatımız yoxdur”, - politoloq vurğulayıb.
Kuznetsov hesab edir ki, general Muradovun bir və kifayət dərəcədə ciddi müvəffəqiyyətsizliyini qeyd etmək lazımdır. “Dağlıq Qarabağda erməni separatçı rejimin axırına çıxılmamış mühafizə etdiyi liderlərini, rusiyalı sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycanın Xocavənd şəhərində Ermənistanda milli qəhrəman elan olunan nasist cinayətkar Qaregin Njdenin abidəsini sökməyə məcbur edə biməyib. Bu məsələdə o, Rusiyanın siyasi rəhbərliyinin iradəsinə qarşı çıxaraq erməni millətçilərinin əlində alətə çevrilib və bununla da Cənubi Qafqaz regionunda Rusiyanın imicinə zərbə vurub, bununla da onun komandanlığı ilə rusiyalı sülhməramlılarının real olaraq kimin tərəfində olmasını nümayiş etdirib. Bu cür siyasi səhvləri hətta hərbi generallara belə bağışlamırlar. Ümid edək ki, Qarabağda rusiyalı sülhməramlı kontingentin yeni komandanı sələfinin bu cür kobud və biabırçı səhvini düzəldəcək, əks halda Azərbaycanın təzyiqi ilə onun üçün də postundan tezliklə istefa hazırlanıb”, - politoloq hesab edir.
Kuznetsov əmindir ki, general Avdeyev – general Muradovdan fəqrli olaraq başqa xarakterli, fərqli düşüncə və hərəkət tərzi olan biridir. “Hərbçi üçün Avdeyev çox yaxşı və sistematik təhsil alıb. Öncə diviziya, daha sonra ordu, sonra isə hərbi dairənin qərargah rəisi olaraq mülki administrasiya ilə bilik və zəngin təcrübəyə malikdir, hərbi qulluqçu və hərbi infrastruktur obyektlərinin mülki həyata necə daxil olmasını çox yaxşı başa düşür, hərbi və mülki yurisdiksiya arasında xəttin hardan keçdiyini bilir. Onunla əlaqədar ümidlər vermək istəmirəm, lakin, düşünürəm ki, bu generalın Qarabağda rusiyalı sülhməramlı kontingentinə komandan təyin olunması regionda müharibədən sonrakı həll prosesində yeni mərhələnin başlanması deməkdir”, - o qeyd edib.
Onun rəyinə görə, general Muradovun dövründə rusiyalı sülhməramlılar qarşısı alınma amil rolunu oynayırdılar, indi onlar inteqrasiya funksiyasını yerinə yetirməlidirlər – onların nəzarətində olan ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılmasına şərait yaratmalıdırlar, Qarabağda Ermənistan ordusunun qalıqlarını tərk-silah etdirməlidirlər və onları həmin ərazidən çıxarmalıdırlar. “Bunun üçün başqa temperament lazımdır, hansı ki, görünür, general Muradovda olmayıb, ancaq general Avdeyevdə var, insan temperamentinin genetik şərtləşmiş xüsusiyyət olduğunu xatırlasaq, burada pis heçnə yoxdur, sadəcə olaraq bir nəfər bəzi vəzifələri daha yaxşı həll edir, digəri isə - başqa vzifələri. Qarabağda rusiyalı sülhməramlı missiyada yeni mərhələ başlayır, bunun üçün başqa psixotip və xarakterə malik olan yeni komandir lazımdır. Zənnimcə, rusiyalı sülhməramlı kontingentin komandanının əvəzlənməsi bununla şərtlənir”, - politoloq əlavə edib.
“Eyni zamanda, Qarabağda rusiyalı sülhməramlı kontingentin komandanının əvəzlənməsi barədə Rusiya XİN başçısı Srergey Lavrovun Bakıya səfəri və onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərindən sonra məlum olması faktına diqqət yönəltməmək mümkün deyil. Düşünürəm ki, hadisəlrin bu cür ardıcıllığı təsadüfi deyil və siyasətsiz və ya siyasi səbəbsiz ötüşməyib. Yuxarıda qeyd etdiyim kimi, general Muradovun fəaliyyətinin ən müxtəlif istiqamətləri üzrə narazılıqlar var idi, amma Azərbaycan tərəfinin narazılıqları daha artıq olub, nəinki Ermənistan tərəfinin. Buna görə, düşünürəm ki, general Muradovun əvəzlənməsi səbəblərini məhz burada axtarmaq lazımdır. Görünür, Moskva Bakının iddialarına cavab olaraq xoş niyyət jesti edərək, həm də öncədən planlaşdırlan, bununla da Kreml rəsmi elan olunmadan əvvəl bu addımı atmağa hazır olub”, - Kuznetsov vurğulayıb. **
A.Əzizov