Rusiyanın “Nordwind” aviaşirkəti mayın 18-dən Pulkovo aeroportundan Bakıya uçuşlara başlayır. Bu barədə şirkətdən məlumat verilib.
Uçuşlar həf həftə yerinə yetiriləcək. Həftənin çərşənbə axşamı Sankt-Peterburqdan təyyarənin havaya saat 23:20-də qalxması planlaşdırılır. Bakıda növbəti gün saat 04:55-də havaya qalxacaq. Uçuşun müddəti 3 saat 35 dəqiqə təşkil edəcək.
Beynəlxalq hava əlaqəsi bərpa olunduqca, uçuşların tezliyi dəyişə bilər.
Bundan başqa, mayın 19-dan etibarən Nijni Novqorod-Bakı reysi ilə üçüşlar planlaşdırılır (çərşənbə günü), daha sonra cümə axşamı günləri yerinə yetirilməklə. Uçuşun müddəti 2 saat 45 dəqiqə təşkil edəcək.
O cümlədən, mayın 19-dan Kazan-Bakı reysi açılacaq. Uçuşlar həftənin çərşənbə günləri, mayın 31-dən isə - bazar ertəsi günləri yerinə yetiriləcək. Uçuşun müddəti 2 saat 40 dəqiqə təşkil edəcək.
Mayın 20-dən aviaşirkət Rostov-na-Donu-Bakı aviareysi üzrə uşulara başlayır. Reyslər həftənin çərşənbə günləri, daha sonra – bazar ertəsi yerinə yetiriləcək. Uçuşun müddəti 1 saat 55 dəqiqə təşkil edəcək. **
N.Abbasova