ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-2022-ci illər üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 0,01 milyon barel azaldıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,75 milyon barel həcmində aprel göstəricisinə qarşı 0,74 milyon barel səviyyəsində proqnozlaşdırılır.
EIA cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatı 0,74 milyon barel təşkil edib, II rübdə 0,72 milyon barel (aprel proqnozu - 0,73 milyon barel), III rübdə 0,73 milyon barel (aprel proqnozu - 0,73 milyon barel), IV rübdə 0,77 milyon barel (aprel proqnozu - 0,77 milyon barel) səviyyəsində proqnozlaşdırır.
EIA 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,79 milyon barel həcmində (aprel proqnozu – 0,80 milyon barel) gözləyir.
EIA gələn ilin I rübündə gündəlik neft hasilatını 0,79 milyon barel (aprel proqnozu – 0,79 milyon barel), II rübdə 0,80 milyon barel (aprel proqnozu – 0,80 milyon barel), III rübdə 0,77 milyon barel (aprel proqnozu – 0,78 milyon barel), IV rübdə 0,80 milyon barel (aprel proqnozu - 0,81 milyon barel) səviyyəsində proqnozlaşdırır.
EIA-nın dəqiqləşdirilmiş məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,70 milyon barel təşkil edib.
Azərbaycan neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının iştirakçılarından biridir. Razılaşma çərçivəsində 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda gündəlik neft hasilatı (kondensat nəzərə alınmadan) 595 min bareli ötməməlidir.**
N.Abbasova