Mayın 17-də Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçiriləcək. Bu barədə Azərbaycan mətbuatı məlumat verir.
Təlim müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə keçiriləcək.
“Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək”, - KİV məlumat verir. **
B.Rüstəmbəyov