Milli Məclisin spikeri Sahibə Qafarova 17-19 may tarixlərində İtaliyaya rəsmi səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
“Qafarova mayın 17-dən 19-dək İtaliyada rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Qafarova İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq”, - məlumatda deyilir.
Bundan başqa, nümayəndə heyətimiz İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşlər keçirəcək. **
X.Nəsirzadə