İyunun 24-də “Azər-Türk Bank» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Yığıncaqda səhmdarlar bankın 2020-ci il üzrə fəaliyyətinə dair maliyyə hesabatını təsdiq edəcəklər, mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsini müzakirə edəcəklər”, - məlumatda qeyd olunur.
Bundan başqa, məlumata görə, səhmdarlar bankın 2020-ci il üzrə illik idarəetmə hesabatının təsdiq və bankın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə etməlidirilər.
Xəbər verildiyi kimi, 2020-ci ldə fəaliyyətinin yekunları üzrə maliyyə hesabatının milli standartları üzrə bankın xalis mənfəəti 423 min manat təşkil edib (2019-cu illə müqayisədə azalma 30% - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). Həmçinin, Türkiyənin “Zıraat Bank”ı, “AzRe Təkrarsığorta” ASC və “Qala Həyat Sığorta” ASC bankın səhmdarlarıdır. **
Ə.Məmmədov