Azərbaycanda koronavirus infeksiyasına 472 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 329,843 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 377 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 779 nəfərə çatıb.
Virusa yoluxmuş 314,9 min nəfər (sutka ərzində +1122) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 164 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 374 (ötən gün 7 285 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 384,053 min test aparılıb.**
B.Rüstəmbəyov