Azərbaycanda 764,218 min nəfər koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
“Mayın 16-na olan məlumata görə, 1 milyon 30,831 min nəfər birinci mərhələ üzrə vaksinasiya olunub. Həmçinin, 764,218 min nəfərə iki doza vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 1 milyon 795,049 min təşkil edir”, - Qərargahın məlumatında bildirilir.
2021-ci il martın 1-nə Azərbaycan əhalisinin sayı 10,13 milyon nəfərdir. Beləliklə, əhalinin 7,5%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac” və “AstraZeneca” peyvəndlərindən istifadə edilir.
Yaxın vaxtlarda Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edilməsi planlaşdırılır.**
X.Nəsirzadə