Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə əlaqədar KTMT Təhlükəsizlik Şurası Katiblər Komitəsinin növbədənkənar iclasının keçirilməyi təklifi ilə çıxış edib.
“Mayın 16-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tacikistan Təhlükəsilik Şurasının katibi, KTMT Təhlükəsizlik Şurası Katiblər Komitəsinin sədri Nasrulla Maxmudzodeyə məktub ünvanlayaraq Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ermənistanın sərhədyanı rayonlarına keçməsi ilə bağlı faktlar təqim edib. Bununla əlaqədar Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT Təhlükəsizlik Şurası Katiblər Komitəsinin növbədənkənar iclasını keçirməyi təklif edib”, - Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, məktubun nüsxəsi KTMT-nin baş katibi Stanislav Zasa ünvanlanıb.
Ermənistan Sünik vilayətində vəziyyətlə bağlı rəsmi qaydada KTMT-yə müraciət edib. Bundan başqa, Paşinyan hərbi yardım xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib. **