Azərbaycan və Ermənistan sərhədində gərginliyin artması müşahidə olunur. Bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
“Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində gərginliyin artması və Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkarlığının müəyyən artım tendensiyası müşahidə olunur”, - deyə Paşinyan Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan daxili təhlükəsizliyin təmin edilməsi tədbirləri ilə yanaşı, KTMT-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi və Ermənistan-Rusiya strateji sistemində nəzərdə tutulmuş reaksiya prosedurlarını daha da fəallaşdırır.*