2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 milyard 752,8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,2% azalıb.
Yanvar-aprel aylarında istifadə olunmuş vəsaitin 2 milyard 722,5 milyon manatı və ya 72,5%-i məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı (19,4%-i) xidmət sahələrinə, 304 milyon manatı (8,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 620,2 milyon manatını (43,2%) xarici, 2 milyard 132,6 milyon manatını və ya 56,8%-ni isə daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.*
B.Rüstəmbəyov