Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri arasında Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə yeridilməsindən sonra yaranmış vəziyyətin nizamlanmasına dair danışıqlar mayın 19-da davam edəcək. Bu barədə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib.
“Dünən gecə yarısına qədər aparılan danışıqlar çərşənbə günü davam etdiriləcək. Danışıqların mövzusu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasıdır. Hələ ki, bu baş verməyib, hesab edirik ki, bu böhranlı vəziyyət Ermənistanın suverenliyinə, sabitliyinə və ərazi bütövlüyünə təhlükə yaradır”, - deyə Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasında bildirib.*