2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda yanacaq istehlakçıları 736,1 milyon manat ($433 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6,1% gəlir əldə edilib.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 0,2% artıb.
2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,25 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.*
N.Abbasova