Dövlət Sərhəd Xidməti (DSX) İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən 5 nəfərin saxlanılması barədə məlumat yayıb.
“DSX Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 min 754 ədəd güclü təsiredici maddənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıblar. Keçirilmiş tədbirlər nəticəsində 5 nəfər saxlanılıb, onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir”, - deyə məlumatda bildirilir.
Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.*
X.Nəsirzadə