“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.
Tenderdə iştirak haqqı 200 manatdır.
Təkliflər 16 iyun saat 18:00-dək qəbul olunur. Təkliflər 17 iyun saat 11:00-da açılacaq.
Əlaqələndirici şəxs: Əhməd Məmmədov. Telefon: (+99412) 496-52-05.
Prezident İham Əliyev 2021-ci il aprelin 19-da “Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.*
X.Nəsirzadə