2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 283,7 milyon manat məbləğində (cari məzənnə ilə $166,9 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,4% təşkil edib.
2020-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 39,6% artıb.
Ölkə daxilində əczaçılıq məhsullarının satış həcminin artması koronavirus (COVID-19) infeksiyası ilə əlaqədardır.
2020-ci ildə Azərbaycanda istehlakçılar ümumilikdə 748,9 milyon manat məbləğində (cari məzənnə ilə $440,5 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar.*
N.Abbasova