Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında təmaslar zamanı Ermənistana hərbi yardım məsələsi dəfələrlə müzakirə olunub. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Jurnalistlərlə söhbət zamanı Kreml nümayəndəsindən Putinin Paşinyandan hərbi yardımla bağlı məktub alıb-almaması bərədə maraqlanıblar.
“Dəqiq deyə bilmərəm, lakin bütün bu məsələlər ikitərəfli təmaslar zamanı dəfələrlə müzakirə olunub”, - deyə Peskov bildirib.
“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri daim təmasdadır, biz, eyni zamanda Bakı ilə də daim təmasdayıq. Prezident üçtərəfli razılaşmaların yerinə yetirilməsinin alternativsizliyinin tərəfdarıdır və hazırda sərhəddə gərginliyin aradan qaldırılması və vəziyyətin düzəldilməsi üçün böyük səylər göstərilir”, - deyə o əlavə edib.*