2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $839 milyon 724,27 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2021-ci ilin 4 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,49%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycan Rusiyaya $197 milyon 762,28 min dəyərində (artım 2,2%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 3,11%-i Rusiyanın payına düşüb.
Yanvar-aprel aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $641 milyon 962 min (artım 5,2%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,19% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $444 milyon 199,22 min təşkil edib.
2020-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 11,6% azdır. Azalma COVID-19 pandemiyası ilə əlaqədar olub.*
B.Rüstəmbəyov
.