2020-ci ilin yekunları üzrə “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin xalis mənfəəti 1 milyon 135,127 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Şirkətin auditi aparılmış maliyyə hesabatına əsasən, 2020-ci ildə cəmiyyətin gəlirləri 3 milyon 948,333 min manat (2019-cu illə müqayisədə artım 5,9%), əməliyyat mənfəəti 1 milyon 412,849 min manat, vergi ödənilənədək mənfəəti 1 milyon 455,534 min manat təşkil edib. Şirkət ötən il 320,407 min manat məbləğində mənfəət vergisi ödəyib.
2020-ci ilin yekunları üzrə “İNVEST-AZ” şirkətinin aktivləri 2,7% - 11 milyon 457,486 min manata, öhdəlikləri 16,2% - 7 milyon 510,948 min manata qədər azalıb, kapitalı isə 40,4% - 3 milyon 946,538 min manata qədər artıb.
2020-ci ilin yekunları üzrə şirkətin nizamnamə kapitalı 2 milyon 254,59 min manat (dəyişməyib) təşkil edib.
“İNVEST-AZ” şirkəti 2006-cı il yanvarın 11-də yaradılıb. Şirkət broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalara malikdir.*
Ə.Məmmədov