“Azərenerji” ASC “Ağdam-1","Ağdam-2 və “Xındırıstan” YS – “Ağdam” YS arası EVX-nin yenidən qurulması işləri çərçivəsində podratçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib.
İşlərə "Ağdam-1" YS-nın tikintisi və elektrikquraşdırma işləri, "Ağdam-2" YS-nın tikintisi və elektrikquraşdırma işləri, “Xındırıstan” YS – “Ağdam” YS arası 110 kV-luq iki dövrəli EVX-nin tikintisi işləri daxildir.
Seçim təkliflər sorğusu üsulu ilə keçirilir.
Müsabiqə 3 lot üzrə aparılır. İştirak etmək istəyən iddiaçılar öz sənədlərini 21 may saat 15:00-dək təqdim etməlidirlər. **
B.Rüstəmbəyov