Azərbaycan 2021-ci ilin yanvar-aprel aylarında ərzaq məhsullarının idxalını 23,5% - $634 milyon 764,18 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 365 min 348,68 ton (artım 30,6%) buğdanın ($92 milyon 994,34 min), 177 min 450,06 ton (artım 7,1%) meyvə-tərəvəz məhsullarının ($95 milyon 384,04 min), 12 min 124,2 ton (azalma 25,7%) ətin ($20 milyon 673,16 min), 53 min 525,97 ton (azalma 9,2%) bitki və heyvan mənşəli yağların ($71 milyon 313,34 min) payına düşüb.
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana $27 milyon 150,33 min dəyərində 5 min 600,43 ton kərə yağı (artım 4,6%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 17,99%-i ərzaq məhsullarının payına düşüb.
Azərbaycan 2020-ci ildə ərzaq məhsullarının idxalını 0,2% - $1 milyard 640 milyon 721,66 minədək azaldıb.Hesabat dövründə Azərbaycana bütün idxalın 15,29%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova