Azərbaycan prezidenti İlham Əliyev Bakı və Minskin hərbi və hərbi-texniki sahədə uğurlu əməkdaşlığını qeyd edir.
“Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir. Buna görə, əminəm ki, sizin həmkarlarınızla (Azərbaycanın müdafiə naziri ilə - İF) diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq”, - Əliyev çərşənbə axşamı Bakıda Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən bildrib.
Prezident Belarus tərəfini hərbi-texniki əməkdaşlıqdaxil olmaqla, bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmində olduğunu qeyd edib.
Əliyev əlavə edib ki, Belarus şirkətləri Qarabağda inkişafa iştiraka maraq göstərirlər. “Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm. Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var”, - o qeyd edib.
Prezident vurğulayıb ki, yaxın vaxtlarda Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Minskə səfər edəcək. **
X.Nəsirzadə