Azərbaycanda koronavirus infeksiyasına 432 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 330,701 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 426 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 802 nəfərə çatıb.
Virusa yoluxmuş 316,439 min nəfər (sutka ərzində +1024) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 9 min 460 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 116 (ötən gün 8877 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 404,046 min test aparılıb.**
X.Nəsirzadə