Çərşənbə axşamı Azərbaycan və Belarusun müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin Bakıda danışıqlar zamanı hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə Həsənov vurğulayıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. «Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər uğurla inkişaf edir”, - Azərbaycan Müdafiə Nazirliyinuin məlumatında Həsənovun sözlərinə istinad olunur.
Öz növbəsində, Xrenin ikitərəfli hərbi əlaqələrin daha da genişləndirilməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini xüsusi qeyd edib.
“Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar”, - məlumatda vurğulanır. **
R.Əhmədov