“Bakubus” MMC avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (avtokasko) sığortası üzrə xidmətlərin satın alınması ilə bağlı təkliflər sorğusu elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“BakuBus” Neoplan, Iveco, Mercedes Sprinter markalı avtobus və mikroavtobusları, eləcə də cəmiyyətin balansında olan minik avtomobillərini 12 ay müddətinə sığortalamağı planlaşdırır.
Sorğuda iştirak haqqı 500 manatdır.
Təkliflər 26 may saat 11:00-dək qəbul olunur. Tender proseduru 27 may saat 11:00-da baş tutacaq.
Əlaqələndirici şəxs: Ülvi Həsənov; telefon: (+99412) 404-11-10.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.*
X.Nəsirzadə