Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
“Nazirlər Dağlıq Qarabağdakı son hadisələr barədə fikir mübadiləsi aparıblar”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Bundan əlavə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi nəzərə alınmaqla Fələstindəki son hadisələr müzakirə edilib.*
N.Abbasova