2021-ci ilin yanvar-aprel aylarında Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20% - $476,2 milyona qədər artıb. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında deyilir.
Gürcüstanın əsas ticarət tərəfdaşları arasında Çin (respublikanın xarici ticarət dövriyyəsinin 10,8%-i), Azərbaycan (8,5%), ABŞ (5,6%), Ukrayna (5,6%), Ermənistan (5,2%), Almaniya (3,9%), Bolqarıstan (3,2%) və İtaliya (2,1%) da yer alıb. Bu ilin yanvar-aprel aylarında Gürcüstanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,5% - $1 milyard 385,5 milyon (respublikanın xarici ticarət dövriyyəsinin 32,7%-i), Avropa İttifaqı ölkələri ilə 2,9% - $839,7 milyona qədər (21,5%) artıb.*