5-7 oktyabr tarixlərində Bakıda “Yeni reallıqlara uyğunlaşma - səmərəlilik və məhsuldarlığın maksimum dərəcədə artırılması” mövzusunda növbəti, 8-ci Xəzər Texniki Konfransı keçiriləcək.
“Konfransda cari vəziyyət, ən yeni texnologiyalar, neft-qaz kəşfiyyatı və hasilatı sahəsində yeni işləmələr və birinci mənbədən informasiyalar müzakirə olunacaq, təhlillər aparılacaq. Rəqabət qabiliyyətinin artırılması, pandemiyadan sonra səmərəliliyin saxlanılması və daha az resurslarla iş, rəqəmsal texnologiyalardan istifadə məsələləri əsas müzakirə mövzusu olacaq”, - deyə tədbirin təşkilatçısı olan Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətindən (SPE) bildiriblər.
Konfransda Xəzər neft-qaz sahəsinə aid olan energetika sahəsindən mütəxəssislərin, eləcə də beynəlxalq rəhbərlərin və texniki ekspertlərin iştirakı gözlənilir.
Əvvəlki konfrans 2019-cu ildə Azərbaycan Energetika Nazirliyi, BP, SOCAR, TOTAL, Schlumberger, TCO və bir çox digər şirkətlərin nümayəndələri də daxil olmaqla dünyanın 26 ölkəsindən 500-dən çox təmsilçinin iştirakı ilə keçirilib.
Qeyri-kommersiya peşə assosiasiyası olan olan Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin üzvləri enerji resurslarının hasilatı və işlənməsi ilə məşğuldur. SPE dünyanın 144 ölkəsində 140,6 mindən çox üzvə öz xidmətlərini təqdim edir.*
N.Abbasova