Azərbaycanda koronavirus infeksiyasına 339 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 331,04 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 432 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4814 nəfərə çatıb.
Virusa yoluxmuş 317,609 min nəfər (sutka ərzində +1170) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 min 617 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10568 (ötən gün 11116 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 414,614 min test aparılıb.*
X.Nəsirzadə