2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qaz-kondensatla birlikdə 11 milyon 559,2 min ton neft hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 7,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında 11 milyon 537,8 min ton əmtəəlik neft (azalma 6,9%) hasil edilib.
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 13 milyard 766,3 milyon kubmetr qaz (artım 2,7%) hasil edilib. Əmtəəlik qaz hasilatı 10 milyard 290,9 milyon kubmetr (artım 9,3%) həcmində olub.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft, 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova