Azərbaycanda təxminən 809 min nəfər koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
“Mayın 19-na olan məlumata görə, 1 milyon 54,414 min nəfər birinci, 808,878 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub. Vurulan vaksinlərin ümumi sayı 1 milyon 863,292 min təşkil edir”, - deyə məlumatda bildirilir.
2021-ci il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 10,13 milyon nəfərdir. Beləliklə, əhalinin 7,98%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca” və “Sputnik V” peyvəndlərindən istifadə edilir.*
X.Nəsirzadə