2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% - 2 milyard 180,1 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
4 ay ərzində Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 58,1%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 milyard 632,9 milyon manat (azalma 7%) təşkil edib.
Emal sənayesinə 469,3 milyon manat (artım 57,7%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 70,2 milyon manat (azalma 17,9%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 421,6 milyon manat (azalma 16%), rabitə və informasiya sahəsinə 37,7 milyon manat (azalma 7,4%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 26 milyon manat (azalma 61,8%), təhsil sahəsinə 14,3 milyon manat (azalma 61,7%) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2020-ci ildə sənaye sahəsinə investisiya qoyuluşları 2019-cu illə müqayisədə 4,3% azalıb.*
B.Rüstəmbəyov