Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ABŞ-ın müstəqil beyin mərkəzi olan Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
“Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, bu məsələ Ermənistan tərəfindən siyasiləşdirilir, bu kimi fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir.*
B.Rüstəmbəyov