Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin mayın 20-də Moskvada Azərbaycanın baş naziri Əli Əsədovla danışıqlar aparacaq.
“Hökumət başçılarının Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərini və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi mövzusunu müzakirə etməsi planlaşdırılır. Koronavirus infeksiyasına qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək”, - deyə RF hökumətinin mətbuat xidmətindən bildirilib.
Danışıqların yekunları üzrə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına dair birgə sənədlərin imzalanması gözlənilir.*