Dünən axşam saatlarında Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub, regionda vəziyyət müzakirə olunub. Bu barədə cmə axşamı RF MN-dən məlumat verilib.
“Söhbət zamanı regionda və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı kontingenti tərəfindən vəzifələrin icrası rayonlarında vəziyyət, o cümlədən qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
RF MN-nin məlumatına görə, mayın 17-də Şoyqu ilə Arutyunyan arasında baş tutmuş telefon danışığı zamanı həmin məsələlər müzakirə edilib. **