2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 508 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin analoi dövrü ilə müqayisədə avtomobil istehsalı 24,4% azalıb.
Yanvarda 96 avtomobil, fevralda – 120, martda 192, apreldə - 100 avtomobil istehsal olunub.
1 may 2021-ci il tarixinə anbarlarda 146 ədəd minik avtomobili var.
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 162 ədəd traktor istehsal olunub, bu da 2020-ci ilin yanvar-aprel aylarının göstəricisindən 54,3% çoxdur.
Mayın 1-nə anbarlarda 74 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanda 1,949 min ədəd avtomobil istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 17,4% azdır. Ötən il respublikada 300 ədəd müxtəlif təyinatlı traktor (azalma 66,9%) istehsal edilib.**
B.Rüstəmbəyov