2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 620,1 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 73,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-aprel ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 304 milyon manat (azalma 26,3%) təşkil edib.
2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 47,6% azdır.
2020-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 367,3 milyon manat (artım 2,9%) təşkil edib.**
B.Rüstəmbəyov