2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyard 447,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyard 343,4 milyon manat məbləğində heyvandarlıq, 104 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,3%, bitkiçilik məhsullarının istehsal həcmi 2,6% artıb.
Dörd ay ərzində respublikada 176,3 min ton ət (artım 3%), 672,3 min ton süd (artım 1,9%), 624,7 milyon ədəd yumurta (azalma 4,4%), 2,3 min ton yun (artım 0,1%) istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında respublikada 108,8 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 1,8% çoxdur. Bundan başqa, hesabat dövründə 44,5 min ton kartof yığılıb (artım 2,1%).
Hazırda Azərbaycanda yazlıq bitkilərin əkini davam edir. Hesabat dövrü ərzində 310,1 min hektar ərazidə yazlıq əkin həyata keçirilir, bu da 2020-ci ilin qnaloji dövrünün göstəricisindən 4,9% çoxdur.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.**
X.Nəsirzadə