“Fitch” Beynəlxalq reytinq agentliyi SOCAR şirkətinin reytinqi üzrə proqnozu "mənfi"dən "stabil"ə yüksəldib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Agentliyin məlumatında qeyd olunur ki, şirkətin emitentin uzunmüddətli defolt reytinqi “BB+” səviyyəsində, emitentin qısamüddətli defolt reytinqi – “B” səviyyəsində, prioritet qorunmayan reytinqini isə “BB+” səviyyəsində təsdiq edib.
“Reytinqdəki dəyişiklik Azərbaycanın suveren reytinq proqnozunun təkrar baxılması ilə bağlıdır. SOCAR-ın tam dövlət mülkiyyətində olan şirkət olması, dövlət tərəfindən şirkətə maliyyə zəmanətləri, vəsait ayırmaları və nizamnamə kapitalının artırılması şəklində dəstəyin davam etdirilməsi, həmçinin SOCAR-ın sosial funksiyalarını və milli neft-qaz sənayesinin inkişafında dövlətin əsas iqtisadi-sənaye aləti olması şirkətin reytinqini dövlət reytinqinə bərabərləşdirib”, - “Fitch” qeyd edir.
Agentliyin qiymətləndirmələrinə görə, SOCAR-ın borclanma səviyyəsi yüksəkdir, lakin nəzarət altındadır: 2020-ci ilin birinci yarısı ərzində SOCAR-ın nəticələri agentliyin gözlədiyindən daha yaxşı olub.
Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə SOCAR-ın EBITDA 2019-cu illə müqayisədə tədricən azalacaq və dünyada neftin qiymətinin daha yüksək olması və 2021-ci ilin aynvar ayından yanacağa tənzimlənən qiymət fonunda bərpa olunmalıdır.
Agentlik SOCAR üzrə hasilatın yüksək səviyyəsini qeyd edir – gündəlik 267 min barel neft ekvivalentində.
SOCAR üçün bir barel nefti 20 dollar səviyyəsində olamsı gəlirli hesab olunur. SOCAR-ın əsas gəlir drayveri kəşfiyyat və hasilat seqmentidir.
“Fitch” SOCAR şirkətinin 2021-2023-cü illər üçün kapital qoyuluşlarını 9 milyard manat (cari məzənnə ilə 5,3 milyard dollar) həcmində qiymətləndirir.
Agentlikdə hesab edirlər ki, SOCAR-ın ortamüddətli dövrdə kapital qoyuluşları orta olacaq, çünki əsas layihələr - Cənub Qaz Dəhlizi, Türkiyədə STAR NEZ - artıq istifadəyə verilib və əlavə mühüm kapital qoyuluşu tələb etməyəcək. Eyni zamanda, SOCAR digər layihələrə kapital qoyuluşları planlaşdırır – karbohidrogenlərin kəşfiyyatı və hasilatına, Azərbaycanda H.Əliyev adına NEZ-in modernləşdrilməsinə.
“Fitch Ratings”in məlumatına görə, 2019-cu ildə SOCAR-ın vergi ödənişləri hökumətin gəlirlərinin təxminən 10%-ni təşkil edib. Dövlət SOCAR-ın borclarının 9%-nə zəmanət verir və vəsait çatışmazlığını sığortalamaq üçün nizamnamə kapitalını artırır.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın ölkə üzrə reytinqinin yüksəldilməsi SOCAR-ın avtonom kredit portfeli yaxşılaşmasa, şirkətin reytinqlərinə təsir etməyə bilər. **
Ə.Məmmədov