Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ məsələsini tam həll etməyə hazırlıq ifadə edib, onun sözlərinə görə, bu, uzunmüddətli dövrdə müharibənin istisna olunması və dinc inkişaf mərhələsinin başlanması üçün zəruridir.
“Beynəlxalq birlik, ATƏT-in Minsk qrupu (Rusiya, Fransa, ABŞ) Qarabağ məsələsinin uzunmüddətli siyasi həllinin zəruriliyi barədə fəal danışır. İddia olunur ki, məsələ həll olunub, lakin beynəlxalq birlik deyilr k, problem öz həllini tapmayıb”, - Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin məsələni tam həlli üçün siyasi iradəsi var.
“Uzunmüddətli dövrdə müharibənin istisna olunması, xalqımızım, Ermənistanın dinc inkişaf mərhələsinin başlanması üçün bütün mürəkkəb, ağrılı məsələlərin həlli zəruridir. Bu, son dərəcə mürəkkəb işdir. Bunun üçün siyasi iradə, zərbələri üzərinə götürmək bacarığı, xalq ilə açıq dialoq lazımdır. Və biz bu yolla gedəcəyik”, - Paşinyan deyib. **